')

Bu gün:


FutbolPress.Az | Daha 2 il "Sumqayıt"da

Daha 2 il "Sumqayıt"da


oxunma sayı: 316 Paylaş:

FutbolPress"Sumqayıt" 2018/2019 mövsümü üçün heyətini müəyyənləşdirmək üçün çalışmalara başlayıb.

Komanda ilk olaraq kapitan Vurğun Hüseynovla müqavilə imzalayıb. 30 yaşlı müdafiəçi "Gənclik şəhəri" təmsilçisiylə yeni 2 illik sazişə imza atıb.

5 mövsümdür klubun şərəfini qoruyan Vurğun 2017/2018 mövsümündə komandanın heyətində 20 oyuna çıxıb və 1800 dəqiqə meydanda olub. O, bu matçlarda 1 qol vurub.

Kapitanımız ümumilikdə isə "Sumqayıt"ın heyətində 131 qarşılaşmada meydana çıxıb.

Vurğun Hüseynovun "Sumqayıt"da debütü 2013-cü il avqustun 4-də gerçəkləşib. O, “Xəzər Lənkəran”la ev matçında (1:1) 90 dəqiqə meydanda mübarizə aparıb.


oxunma sayı: 316 | Paylaş:




?>