')

Bu gün:


FutbolPress.Az | "Rəhbərlik olaraq Ayxan Abbasovun arxasındaydıq" - "Zirə"nin prezidenti

"Rəhbərlik olaraq Ayxan Abbasovun arxasındaydıq" - "Zirə"nin prezidenti


oxunma sayı: 516 Paylaş:

FutbolPressTopaz Premyer Liqasının sonuncu - XXVIII turunda səfərdə "Sumqayıt"ı 2:1 hesabı ilə məğlub edərək, mövsümü 4-cü pillədə başa vuran "Zirə"nin prezidenti Orxan Məmmədov jurnalistlərin suallarını cavablandırıb.

O, əvvəlcə komandanın çıxışı barədə fikirlərini bildirib...

- Rəhbərlik olaraq axıra kimi komandamızın arxasında durmuşuq. İnanırdıq. Mövsümün ikinci hissəsi bizim üçün çox çətin başladı. Gözlənilməyən nəticələr oldu. Amma futbolçular sona kimi vuruşdular. Axıra yaxın çeviriliş edə biləcəyimizə şübhəm yox idi. Hər şey bizim əlimizdə deyil. İnanırıq ki, kubokun finalından şad xəbər eşidəcəyik, komanda Avropa Liqasına və hədəflərimə çatacaq.

- Uzun müddət komanda büdrədi. Baş məşqçiyə isə etimad göstərməyə davam etdiniz. Qəbələdən şad xəbər gəlməsə belə, Ayxan Abbasovla davam edəcəksiniz?
- Əlbəttə. Futbol çətin oyundu. Həmişə hədəfə doğru gedəndə gözlənilməz nəticələr olur. Biz isə rəhbərlik olaraq məşqçinin arxasındaydıq. Ona inanırıq. Şəxsən mən özüm inanıram. Nəticədən asılı olaraq növbəti mövsüm üçün müzakirə aparacağıq.

- Qışdan sonrakı uğursuzluqla bağlı komandada zədəli, cəzalı futbolçular oldu. Transferlərə də ehtiyac var idi. Növbəti mövsüm üçün transferlər barədə nə düşünmüsünüz?
- Düzgün vurğuladınız. Qış fasiləsindən sonra komandada çoxlu zədəli və cəzalı futbolçular oldu. Bu isə nəticələrə öz təsirini göstərdi. Ehtiyat oyunçular skamyasında az futbolçu var. Biz Avropa Liqasına vəsiqə qazansaq, transfer məsələsinə baxılacaq. Heyətimiz güclənməyə doğru gedəcək.

- Qəbələdə “Keşlə” qalib gəlsə, bu günkü sevinc ürəyinizdə qalmış kimi olacaq. Bu komanda üçün bir zərbə ola bilərmi?
- 11 oyun yaxşı nəticə əldə edə bilmirdik. Həmin oyunlardan sonra çevriliş eləmək uğurdu. Ona görə mən inanmıram ki, bizim sevincimizə nəsə mane ola bilər. Ötən il olduğu kimi Avropa Liqasında oynamaq istəyirik. Bizim sevincimizi heç bir şey pozmayacaq.

- Rəhbərlik olaraq baş məşqçi ilə görüşünüz kubok oyunundan sonra bəlli olacaq?
- Kubok oyunundan sonra qərar verəcəyik.

- “Zirə” klubunun imic baxımından dəyişiklik layihələri varmı?
- Bəli. Bizim bəzi layihələrimiz var. Futbolumuz irəliləməyə doğru gedir. Ölkə rəhbərliyinin siyasəti futbolun inkişafına təkandır. Biz də “Zirə” olaraq öz buna öz töhfəmizi vermək istəyirik.

- Kubukun finalı üçün Qəbələyə gələcəksiniz?
- Bəli, elə bir fikrimiz var.


oxunma sayı: 516 | Paylaş:




?>