')

Bu gün:


FutbolPress.Az | Azarkeşlərdən Elxan Məmmədova qarşı kampaniya - prezidentə məktub  yazılacaq

Azarkeşlərdən Elxan Məmmədova qarşı kampaniya - prezidentə məktub  yazılacaq


oxunma sayı: 1719 Paylaş:

FutbolPressI Divizionun qalibi "Xəzər”in Premyer Liqaya buraxılmaması, "Kəpəz”in əvəzinə elitaya "Sabah”ın gətirilməsi azarkeşlərin ciddi narazılığına səbəb olub.

Bir qrup fanat sosial şəbəkədə bunlara qarşı etiraz kampaniyasına başlayıb. Azarkeşlər məsələ ilə bağlı Feysbukda "event" yaradıblar. Onlar bununla hadisələrin mərkəzində dayanan AFFA-nın baş katibi Elxan Məmmədova etirazlarını nümayiş etdiriblər.

"Elxan Məmmədov İSTEFA" adlı "event"də ictimaiyyətə müraciət olunaraq, bunlar qeyd edilib:

"Azərbaycan futbolunu günü-gündən uçuruma aparan adam - Elxan Məmmədovun, bu illər ərzində futbolumuzun başına açdığı oyunlardan dolayı, bölgələrdə futbolun uçuruma aparılması səbəbiylə, 1 sentyabr tarixinədək qrupu 10.000 nəfərə çatdırıb, ölkə prezidenti cənab İlham Əliyevə müraciət etməyi düşünürük”.

İdeya qısa müddət ərzində xeyli tərəfdar toplaya bilib.



oxunma sayı: 1719 | Paylaş:




?>