')

Bu gün:


FutbolPress.Az | "Meydança tapsaq, məşq edərik" - "Kəpəz" sahibsiz qalıb

"Meydança tapsaq, məşq edərik" - "Kəpəz" sahibsiz qalıb


oxunma sayı: 567 Paylaş:

FutbolPress"Kəpəz"in Bakı Olimpiya Stadionunun məşq meydançasında bugün səhərə nəzərdə tutulan məşqi də baş tutmayıb. BOS-dan kluba bildirilib ki, buna səbəb meydançada yenidənqurma işlərinin başlamasıdır. 

Gəncə təmsilçisi ev oyunlarına da Bakıda hazırlaşır. BOS-dan başqa, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) stadionunda məşq eləyirdilər. Həmin meydançada da təmir başlayıb.

Bəs "Kəpəz" mövsümün son turunda "Neftçi" doğma meydanda "Neftçi"yə qarşı keçirəcəyi oyuna harda hazırlaşacaq?

Baş məşqçi Yunis Hüeynovun "FutbolPress"ə açıqlaması: "Meydança tapsaq, məşq edərik".

Vəziyyət niyə bu həddə gəlib?

Klubun icraçı direktoru Elnur Camalxanovdan soruşduq: "Mən heç bir problemin olmadığını bilirəm. Nəsə olsaydı, xəbər tutardıq. Məşqlərimiz BOS və ADBTİA-nın məşq meydançalarında olur. BOS-un meydançası təmirə bağlanıbsa, bunu indi bilirəm. Komandanın məşqi üçün problem olmamalıdır. Baş məşqçi daha dəqiq məlumat verə bilər".

Baş məşqçinin bu haqda ətraflı fikirlərini birazdan oxuyacaqsınız, hələliksə BOS-un mətbuat əlaqələndiricisi Cəmilə xanımın dedikləri: "Kəpəz" bu ay 5 məşqi stadionumuzda keçirib. Bu məşqlər mayın 11-nə kimi danışılmışdı. Ayın  12-dən səhər növbəsində U-17 qızlar, axşam isə futbol məktəbinin məşqləri olur. Bu haqda kluba öncədən məlumat verilib. Mayin 12-də klub məşq üçün yenidən müraciət edib, lakin mümkün olmadı. Çünki təqvimdə digər komandaların məşqləri var idi".

Maraqlıdır, mövsüm bitməmiş "Kəpəz"in həmişə hazırlıq keçdiyi BOS-un məşq meydançası təmirə bağlanır, digər meydançaların qrafiki isə doludur. Bəs əvvəldən danışıq necə olub?

Əvvəldən heç bir danışıq-filan olmayıb. Sadəcə, "Kəpəz" AFFA-nın ayırdığı maliyyə hesabına saxlanır. Məşq meydançası da qurumun kluba ənamıdır. İndi bu məqamda BOS-da məşq eləməkçün müraciətlərə "təmirdədir", "qrafik doludur" kimi cavabların verilməsi güman ki, klubun sahibsiz qalmasıyla əlaqədardır. Sahibsizliyi baş məşqçiylə söhbətdə görə bilirik:  "İki gün də gözləyəcəyik, meydança problemi həll olunmazsa, Gəncəyə getməli olacağıq".

Məsələ bu qədər qarışıqdır.

"Kəpəz"in bu hallara niyə düşməsi, güman ki,  gündəmi izləyənlərçün sirr deyil.


oxunma sayı: 567 | Paylaş:




?>