')

Bu gün:


FutbolPress.Az | I Divizion klublarının cəzası açıqlandı

I Divizion klublarının cəzası açıqlandı


oxunma sayı: 227 Paylaş:

FutbolPressAFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Aparılan müzakirələrdən sonra I Divizionun XXII turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:

“Şüvəlan” - “Sabah” matçında 66-cı dəqiqəsində “Sabah”ın futbolçusu Əziz Quliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub.

“Xəzər” - MOİK matçının 90+4-cü dəqiqəsində “Xəzər”in futbolçusu Tanrıverdi Məhərrəmli təhqiredici ifadələr işlətdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 3 oyunluq cəzalanıb, klubu 160 manat cərimə olunub.

“Mil-Muğan” - “Qaradağ Lökbatan” matçında “Mil-Muğan”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.


oxunma sayı: 227 | Paylaş:




?>