')

Bu gün:


FutbolPress.Az | "Finala çıxmaq üçün büttün gücümüzü səfərbər edəcəyik" - Kirilo Petrov

"Finala çıxmaq üçün büttün gücümüzü səfərbər edəcəyik" - Kirilo Petrov


oxunma sayı: 909 Paylaş:

FutbolPress"Neftçi"nin futbolçusu Kirilo Petrov  Azərbaycan kubokunun yarımfinalında "Qəbələ" ilə oyun öncəsi klubun telekanalına açıqlama verib. O, bütün güclərini ortaya qoyacaqlarını deyib:

"Kubok başqa bir turnirdir. Finala yüksəlmək üçün bütün gücümüzü səfərbər edəcəyik. Qələbəyə köklənmişik. Digər çempionatlarda bütün mövsümü 3 gündən bir oyun keçirir. Biz isə mövsümboyu ilk dəfədir bu cür qrafiklə üzləşirik. Kubok matçından sonra Zirədə süni meydançada oynayıb, yenidən təbii otda çıxış etmək problem yarada bilər. Bununla belə, fiziki baxımdan da hazırıq və tələb olunan oyunu göstərə bilərik. Azarkeşlərdən ilk və cavab matçında əvvəldən axıra kimi bizi dəstəkləmələrini istəyirəm. Həm də, təkcə kubok oyunlarında yox, çempionatın sonunadək bütün qarşılaşmalarda. Qarşıda hər qələbəsi 6 xala bərabər olan görüşlər olacaq. Buna görə də onların dəstəyi bizim üçün çox vacibdir. İstərdim ki, hər oyuna gəlib azarkeşlik etsinlər”.



oxunma sayı: 909 | Paylaş:




?>