')

Bu gün:


FutbolPress.Az | "Yalnız bir məğlubiyyətə görə komandaya inam azalmamalıdı" - Namiq Ələsgərov

"Yalnız bir məğlubiyyətə görə komandaya inam azalmamalıdı" - Namiq Ələsgərov


oxunma sayı: 236 Paylaş:

FutbolPressAzərbaycan və Belarus milliləri arasında keçirilən yoldaşlıq oyunundan (0:1) sonra yığmamızın futbolçusu Namiq Ələsgərov jurnalistlərin suallarını cavablandırdı

- Oynadığınız oyun özünüzü və baş məşqçini razı saldı?
- Düşünmürəm ki, pis oynadıq. Düzdü, tam mükəmməl də deyildi. Normal idi. Hələ komanda yavaş-yavaş uyğunlaşır. İnanıram ki, gələcəkdə daha yaxşı olacaq.

- Bəzi epizodlarda azarkeşlər komandanı fitə basıb narazılıqlarını göstərirdilər.
- Hər kəsin öz fikri var. Biz də istəyirdik ki, qol vuraq.

- Zamanla uyğunlaşacağınızı dedin. Lakin nəzərə alaq ki, sentyabrdan Millətlər Liqası başlayır. Səncə, orda nəticə əldə edə biləcəksiniz?
- Elə məqsədimiz orda yaxşı çıxış etməkdir. Çalışacağıq ki, tam hazır olacaq.

- Bu gün komandada yeni futbolçular var idi. Daha çox hansı xoşuna gəldi?
- Buna fikir bildirməyim düzgün deyil. Hamının səhvləri və doğruları var idi. 

- Oyunun hər hissəsində fərqli cinahlarda oynadın. Səncə, ən yaxşı harda özünü göstərə bildin?
- Hər iki tərəfdə də oyunum alınmadı.

- Qurbanovun dövründə ilk dəfədir, çıxış edirsən. Sizə təlimatları nədən ibarət olub?
- Əsas oyunçuların insanlığına önəm verir. Lakin bununla yanaşı, oyunlarda da əzmkarlıq tələb edir.

- Millətlər Liqasında qrupun favoriti olsaq da, yoldaşlıq oyunlarındakı məğlubiyyət komandaya inamı azaldır.
- Digər komandaların da güclü oyunçuları var. Lakin biz çalışacağıq ki, qrupdan çıxaq.

- Makedoniya ilə oyunda böyükhesablı məğlubiyyətdən qaçmaq olacaqmı?
- Sadəcə, bir oyunda yaxşı nəticə göstərməmişik deyə komandaya inamı itirmək olmaz.


oxunma sayı: 236 | Paylaş:




?>