')

Bu gün:


FutbolPress.Az | "Rəqib kiçik səhvlərimizdən yaxşı istifadə etdi" - Rəşad Sadıqov

"Rəqib kiçik səhvlərimizdən yaxşı istifadə etdi" - Rəşad Sadıqov


oxunma sayı: 178 Paylaş:

FutbolPressAzərbaycan U-21 millisinin baş məşqçisi Rəşad Sadıqov komandasının Avropa çempionatının seçmə mərhələsində Kosovoya 0:2 hesabı ilə uduzduğu oyun haqda danışıb.

AFFA-nın feysbuk səhifəsinə açıqlamasında o, bunları deyib:

“Müsbət nəticə gözləyirdik. Burdan yaxşı nəticə ilə ayrılmaq istəyirdik. Bu istəklə də oyuna hazırlaşmışdıq. Əslində, futbolçular pis mübarizə aparmadılar. İstəkli idilər, çalışırdılar ki, yaxşı nəticə olsun. Təəssüf ki, sonda məğlub olduq. Buraxdığımız kiçik səhvlərdən rəqib yaxşı istifadə etdi. İşimiz çoxdu, işləməliyik. Qarşıdakı oyunda çalışacağıq ki, daha yaxşı oynayaq və uğurlu nəticə qazanaq”.

Milli martın 27-də səfərdə İrlandiya yığması ilə qarşılaşacaq.


oxunma sayı: 178 | Paylaş:




?>