')

Bu gün:


FutbolPress.Az | Qanun pozuntusu (QEYD)

Qanun pozuntusu (QEYD)


oxunma sayı: 1305 Paylaş:

FutbolPressDünən:

"Neftçi"nin prezidenti Orxan Hüseynzadə istefa verdi (rəsmi)

"Sumqayıt"ın prezidenti Kamran Quliyev istefa verdi (rəsmi)

Kamran Quliyev "Neftçi"nin prezidenti təyin olundu (rəsmi)

"Sumqayıt"ın prezidenti kim olacaq?

Bu suala cavab tapılanadək prosesin hüquqi cəhətdən çatışmazlığına nəzər yetirək. 2 saat ərzində cərəyan edən bu proses ümumilikdə "Neftçi" camiəsinə, bütün ictimaiyyətə hörmətsizlik oldu.

Sosial şəbəkələrdə, kuluarlarda mövzunun müzakirəsi bir qayda olaraq isterika doğururdu. Sanki "bir əl" bütün hadisələri idarə edir. Əslində necə olmalıdır?


Klublar ictimai birlikdi. Qanunvericiliyә uyğun olaraq ictimai birliklәr qeyri-kommersiya tәşkilatıdı. İctimai birliyin rәhbәr orqanları onların ümumi yığıncağında dәyişdirilә bilәr. Ümumi yığıncağın çağrılması isә 15 gündәn tez ola bilmәz. Yәni qurumun üzvlәri 15 gün әvvәlcәdәn bildiriş göndәrilmәklә ümumi yığıncağın gündәliyindә duran mәsәlәlәr barәdә mәlumatlandırılmalıdı. Ümumilikdə prezidentin təyini həssas məsələdir, qapalı, aydın olmayan formada gerçəkləşdirilməsi qanun pozuntusu sayılır.

25.5. Ümumi yığıncağın səlahiyyətinə aşağıdakı məsələlərin həlli aiddir:

25.5.1. ictimai birliyin nizamnaməsinin qəbulu və ona dəyişikliklərin edilməsi;

25.5.2. ictimai birliyin əmlakının formalaşma və istifadə prinsiplərinin müəyyən edilməsi;

25.5.3. ictimai birliyin icra orqanlarının yaradılması və onların səlahiyyətlərinin vaxtından əvvəl dayandırılması;

25.5.5. başqa təşkilatlarda iştirak;

25.5.6. ictimai birliyin yenidən təşkili və ləğv edilməsi.

25.6. İctimai birliyin təsisçilərinə və üzvlərinə ümumi yığıncağın yeri və vaxtı haqqında ən azı 2 həftə əvvəl məlumat verilməlidir. Ümumi yığıncaq yalnız birlik üzvlərinin yarısından çoxu iştirak etdikdə nizamnaməyə dəyişikliklər edə bilər. Ümumi yığıncağın qərarı yığıncaqda iştirak edən üzvlərin səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səsə malikdir.

Hüquqşünas Mehman Muradlı bildirir ki, ictimai birliklәr vә fondlar haqqında qanuna əsasən prosesin hüququ cəhətdən tənzimlənmədiyini iddia etmək olar. "Neftçi" İdman Klubu İctimai Birliyi prezident dəyişikliyini prosesdura qaydaya uyğun həyata keçirməliydi.

Yuxarıda qeyd olunan bu və ya digər hüquqi intizam qorunmadan, ictimaiyyətə hər hansı açıqlama/izah edilmədən klubun rəhbəri dəyişdirilir. Dəyişdirən kimdir? Niyə məhz Kamran Quliyev gəlməlidir o posta? Və s. bu tip suallar açıq qaldığı üçün proses qanun pozuntusu sayıla bilər.

"Neftçi" İK İB çatışmazlığın məsuliyyətini dərk etməli, ictimaiyyəti məlumatlandırmadan əhəmiyyətli qərarlar verməməlidir. Şübhəli məqamlar kifayət qədərdir...

Elçin Cəlilov


oxunma sayı: 1305 | Paylaş:




?>