')

Bu gün:


FutbolPress.Az | "Neftçi"də nə dəyişdi/dəyişəcək? (KİÇİK QEYD)

"Neftçi"də nə dəyişdi/dəyişəcək? (KİÇİK QEYD)


oxunma sayı: 1217 Paylaş:

FutbolPressOrxan Hüseynzadənin "Neftçi"nin prezidenti postundan istefası xəbəri günə damğasını vurdu, ancaq çoxdan gözlənən məsələ idi. Eyni anda Kamran Quliyevin "Sumqayıt"ın prezidenti vəzifəsindən istefası xəbəri çıxınca rəsmi məlumatı gözləməyə ehtiyac qalmadı - hər yanda Quiyevin "Neftçi"də boşalan posta təyin ediləcəyi yazıldı.

Bu, öncəgörmə deyil, sadəcə, məlum siyasi konyukturanın izini çoxdan tutmuşuq.

Qərarın məhz "Sumqayıt" - "Neftçi" oyunundan əvvəl verilməsi də normal görünə bilməz.

"Neftçi" istefa maşınına çevrilib. Son 3-4 ildə klubda müxtəlif postlarda ümumilikdə 20-dən çox istefa qərarı olub!

Bu, ciddi böhrandır. Ancaq klubun "əl dəyişdirdiyini" də demək olmur. Ona görə də "ağ-qaralar"ın ağ günə çıxacağını, əzəmətini bərpa edəcəyi iddia eləmək utopik təəssürat yaradır.

Hər halda, Kamran Quliyevin geniş açıqlama verməyinə, təyinatının hansı dəyişikliklərə səbəb olacağı barədə danışmağına ehtiyac var.

Məhz bundan sonra ciddi arqumentlərlə çıxış etmək olar.

Hələliksə baxaq, müşahidə edək...

"FutbolPress"


oxunma sayı: 1217 | Paylaş:




?>