Bu qış Azərbaycan gələn ən dəyərli 10 futbolçu (SİYAHI)
Paylaş:
Ölkə futbolunda qış fasiləsi zamanı Azərbaycan klublarının transfer etdikləri ən dəyərli futbolçular məlum olub. Düzdü, ölkə təmsilçiləri oyunçuları əsasən azad agent kimi cəlb edib, yaxud icarəyə götürüblər, ancaq dünyanın ən geniş bazalı transfer portalı olan “Transfermarkt” verilənlərinə görə, onların bazardakı dəyərini müəyyənləşdirmək mümkündü.
Azərbaycanda daha ciddi legioner keçidləriylə diqqət çəkən “Qarabağ” və “Qəbələ” bu qış susqun olduqları üçün milyonluq futbolçuların gəlişi baş verməyib. Belədə, qış fasiləsi zamanı ən dəyərli futbolçuları Premyer Liqanın debütantı “Səbail” cəlb edib. Belçika “Standart”ından gətirilən uqandalı yarımmüdafiəçi Faruk Miya bu baxımdan hamını üstələyir. Onun qiyməti yarım milyon avrodu. İkinci sırada da “Səbail”li qərarlaşıb. Moldovalı Yevgeni Koçuk 350 min avro dəyərindədi. İlk “3-lüy”ü isə “Neftçi”nin yeni hücumçusu Lukas Qomez tamamlayır – 325 min avro.
Qış transfer pəncərəsi zamanı cəlb olunun ən ucuz oyunçu isə yenidən ölkəmizə qayıdan Dieqo Souzadı. Daha əvvəl “Xəzər Lənkəran” və “Zirə”də çıxış edən “Kəpəz”in yeni transferinin cəmi 75 min avro dəyəri var.
Bu qış Azərbaycana gələn ən dəyərli futbolçuların ilk “10-luğ”u isə belədi:
1. Faruk Miya (“Səbail”) – 500 min avro
2. Yevgeni Kocuk (”Səbail”) – 350 min avro
3. Lukas Qomez (“Neftçi”) – 325 min avro
4. Sergey Litovçenko (“Kəpəz”) – 300 min avro
5. Şadon Vinçester (“Kəpəz”) – 300 min avro
6. Dario Federiko (“Kəpəz”) – 300 min avro
7. Aleksandr Dedov(“Zirə”) – 275 min avro
8. Mayk Kampaz (“Neftçi”) – 275 min avro
9. Herve Tçami (“Keşlə”) – 200 min avro
10. Yani Urdinov (“Zirə”) – 150 min avro
| Paylaş: