Bu gün:


FutbolPress.Az | Quardiolanın "15 ardıcıl ötürmə" prinsipi

Quardiolanın "15 ardıcıl ötürmə" prinsipi


oxunma sayı: 157 Paylaş:

FutbolPressPep Quardiola "15 ardıcıl ötürmə" prinsipini izah edir:

"Ardıcıl 15 ötürmə olmadığı müddətcə, müdafiə və hücum arasındakı keçidi tam həyata keçirmək mümkünsüzdü. Müm-kün-süz. Ancaq burda önəm kəsb edən şey nə topa sahib olmaqdı, nə də bir toxunuşlu ötürmələr; əsas planın niyyətidi. Komandanın topa sahib olmaq faizi və ya hansısa komandanın/oyunçunun ötürmələrinin sayı özü-özlüyündə bir məna kəsb etmir. Səbəb, hərəkətin nəticəsində əldə etmək istədikləri şey və komandanın, topa sahib olarkən planı - mühüm olan bunlardı.

Meydanın mərkəzində 15 ardıcıl ötürmə verib, öz düzülüşünü qoruyub saxlayırsansa və bunu edərkən, eyni zamanda, rəqibin strukturunu pozursansa, bax, onda topa sahib olmaq önəm kəsb edir. Bəs onların quruluşunu necə poza bilərsən? Cavab: 15 pas zəncirinin daxilinə sürətli, möhkəm və hədəfə yönəlik ötürmələri daxil etməklə. Oyunçulardan bəziləri komanda yoldaşları ilə müəyyən məsafə saxlamalıdı ki, rəqibi "açmaq" mümkün olsun - bununla bərabər, əksəriyyət birlik halında hərəkət etməlidi. Sən "15 ötürmə" prinsipini həyata keçirərək, meydana yerləşərkən, rəqib topu almaq üçün təqibə başlayacaq. Rəqib planın əsas niyyətini anlamırsa, deməli, strukturu tamamilə pozulacaq. Yox, əgər topu itirsən/rəqib topu səndən alsa, çox güman ki, topu ələ keçirən futbolçu sənin oyunçularınla əhatələnmiş formada olacaq və avtomatik olaraq, təklikdə qalacaq. Nəticədə, ya məcbur olub topu sənə qaytaracaq, ya da ən azından, cəld manevr edə bilməyib, oyunu yavaşladacaq. Rəqibin müdafiə ilə hücum arasındakı keçid fazasını effektiv şəkildə yerinə yetirə bilməməsinin səbəbi, arxasında məqsədi olan o 15 ötürmədən ibarət zəncirdi".

Tərcümə: Rüfət Məcid


oxunma sayı: 157 | Paylaş: