')

Bu gün:


FutbolPress.Az | "Qarabağ" - "Qəbələ": çatışmazlıqlar göründü (QEYD)

"Qarabağ" - "Qəbələ": çatışmazlıqlar göründü (QEYD)


oxunma sayı: 795 Paylaş:

FutbolPressUzun sürən, hətta darıxdıran fasilə bitdi. Topaz Premyer Liqası XV turla qaldığı yerdən davam etdi.

Şübhəsiz ki, turun, hətta qarşıdakı yarımilliyin oyunu "Azersun Arena"da idi: "Qarabağ" - "Qəbələ" (0:0).

Yarandığı gündən iddialı olan, ancaq çempionluq sevinci yaşamayan "Qəbələ" üçün bu il istəyini gerçəkləşdirmək həm mənəvi, həm maddi, həm də digər cəhətlərdən də çox vacibdi. Buna görə də Qriqorçukun "drujinası" "atlılar"la 6 xallıq fərqi aradan qaldırmaqçün əlindən-ayağından gələni etməliydi. Matçboyu isə buna oxşamadılar...

Hər iki məşqçi oyunsonrası mətbuat konfransında qarşılaşmanı ağızdolusu tərif etdilər. Qriqorçuk dedi ki, "Qarabağ" kimi kompakt oynayan rəqibə qarşı göstərdikləri oyun və nəticədən çox razıdı. Qurbanov da hərəkətli, dinamik oyundan məmnunluğunu ifadə elədi.

Bəs bu görüşdə nə gördük?

"Qarabağ" üçün doğma meydanda əsas rəqiblə qarşılaşmada xal itkisi risk, "Qəbələ" üçün isə səfərdə 1 xal da qənimət - şablon yanaşsaq, prinsiplər doğrudur. Ancaq situasiya başqa cür izah təlqin edir.

Hücum xəttindəki Ndlovu itkisi "atlılar"ı "dişsiz" edib. Mahir Mədətov onun qədər deyil, Ramil Şeydayev də əsas heyətdə yer eləməkçün nəsə eləyib, gözə dəymir.  "Qəbələ"nin orta xətdə rəqibinə böyük ölçüdə ərazi üstünlüyü verməsi xoş əlamət deyil. Ümumiyyətlə, yoxlama oyunlarında da görünən - xətlərarası əlaqənin yaxşı olmaması psevdotendensiyası davam etməkdədi. Bu gedişatla "Qəbələ" hətta "Sumqayıt" kimi "ansambl" oyunu göstərən rəqibə qarşı xal itirə bilər.

Orta xətdəki dominantlığı "Qarabağ"a nəsə qazandırdımı - yox! Bu da meydan sahibinin passivinə yazılmalı əsas məqamdı. Xüsusən, ikinci hissədə sayı-hesabı olmayan hücumların heç birində bariz qol şansı yaranmadısa, bu, az əvvəl qeyd edilən hücumçu probleminin yaratdığı mənzərədi.

"Qəbələ"nin oyun üslubu təmərküzləşməyib və bu, böhrandı. "Qırmızı-qaralar" sırf atletik futbol fəlsəfəsinin hesabına "dartır". "Qarabağ" isə təcrübəsindən "yeyir” və bu gedişat hər ikisini "azuqəni" bitirib, "yeməyə" bir şey tapmamaq həddinə çatdıra bilər.

Oyunun hakiminə gəlincə, İnqilab Məmmədovun sona yaxın bir neçə epizodda fitini işə salıb, tempi ləngitməsi meyli hiss olunsa da, ümumilikdə şübhəli əllə oyun epizodundan tutmuş, digər hər qərarı doğru oldu. Xoşagələn əsas detal isə qətiyyəti idi.

Elçin Cəlilov


oxunma sayı: 795 | Paylaş:




?>