Bu gün:


FutbolPress.Az | Belçika “Standart”ından Azərbaycan klubuna - ÖZƏL

Belçika “Standart”ından Azərbaycan klubuna - ÖZƏL


oxunma sayı: 741 Paylaş:

FutbolPress“Səbail” heyətini yeni futbolçu ilə gücləndirib. Paytaxt təmsilçisi Belçikanın “Standart Lyej” klubunun oyunçusu Faruk Miyanı icarəyə götürüb.

21 yaşlı futbolçu mövsümün sonuna qədər Azərbaycan Premyer Liqasında çıxış edəcək.

Faruk Miya ampluaca hücumameylli yarımmüdafiəçidir. Uqandalı futbolçu ölkəsinin “Vipers” klubunun yetirməsi sayılır. O, 3 il oynadığı bu komandada meydana çıxdığı 49 matçda 20 qol vurub. Bununla “Standart Lyej”in diqqətini cəlb edən oyunçu 2016-cı ildə Belçikaya köçüb. Yeni klubunda keçirdiyi ilk ilində meydana çıxdığı 4 matçda 1 qol vuran Faruk son olaraq icarə əsasında “Muskron”un formasını geyinib.

Miyanın yığma karyerası isə daha cəlbedicidir. Uqandanın ən perspektivli oyunçularından sayılan yarımmüdafiəçi 2014-cü ildən ölkəsinin əsas millisinə çağırılır. O, yığmada keçirdiyi 27 matçda 10 dəfə fərqlənib. Faruk DÇ-2018-in seçmə mərhələsində 4 qol vurmağı bacarıb.


oxunma sayı: 741 | Paylaş: