Bu gün:


FutbolPress.Az | "Qəbələ"nin idmançısı İstanbulda ən güclü oldu

"Qəbələ"nin idmançısı İstanbulda ən güclü oldu


oxunma sayı: 26 Paylaş:

FutbolPress“Qəbələ” İdman Klubunun və Azərbaycan milli komandasının taekvondoçusu Cavad Ağeyev növbəti uğurunu qazanıb. O, Türkiyənin İstanbul şəhərində keçirilən klubların Avropa birinciliyində fərqlənib.

63 kq çəki dərəcəsində çıxış edən Ağayev qonşu ölkədə 5 döyüş keçirib. Qazaxıstandan iki, Moldova, Bosniya və Herseqovina, Bolqarıstanın hərəsindən bir rəqiblə üz-üzə gələn taekvondoçumuz bütün rəqiblərinə böyük hesabla qalib gəlib.

Ağayev yarışın qalibi kimi qızıl medala yiyələnib və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.


oxunma sayı: 26 | Paylaş: