Bu gün:


FutbolPress.Az | "Qəbələ"li Sofiyadan medalla qayıdır

"Qəbələ"li Sofiyadan medalla qayıdır


oxunma sayı: 30 Paylaş:

FutbolPressBolqarıstanın paytaxtı Sofiyada cüdo üzrə Avropa kuboku yarışı keçirilib.  

9 ölkədən 244 cüdoçunun mübarizə apardığı yarışda Azərbaycan milli komandasının və “Qəbələ” İdman Klubunun üzvü Uşangi Kokauri də uğurla çıxış edib. +100 kq çəki dərəcəsində qüvvəsini sınayan cüdoçumuz yarışa 2-ci mərhələdən başlayıb.

İspaniyalı İrinel Vasile Çelaru Qriqoraş və ukraynalı Andrey Kolesnikə qalib gələn Kokauri yarımfinala yüksəlib. Bu mərhələdə belçikalı Bencamin Harmeqniesə uduzan cüdoçumuz 3-cü yer uğrunda görüşdə qüvvəsini sınayıb. Ukrayna təmsilçisi Stanislav Bondarenkoya qalib gələn Uşangi turnirin bürünc mükafatına yiyələnib.



oxunma sayı: 30 | Paylaş: