Bu gün:


FutbolPress.Az | "Qəbələ"nin üzvündən gümüş medal

"Qəbələ"nin üzvündən gümüş medal


oxunma sayı: 37 Paylaş:

FutbolPressAzərbaycan milli komandasının və “Qəbələ” İdman Klubunun karateçisi Rafael Ağayev növbəti mükafatını qazanıb.

33 yaşlı idmançımız Fransanın paytaxtı Parisdə keçirilən Karate 1 Premyer Liqa turnirinin gümüş mükafatçısı olub. 75 kq çəki dərəcəsində çıxış edən Ağayev finala qədər 5 rəqibini məğlub edib. Həlledici görüşdə yaponiyalı Ken Nişimura ilə üz-üzə gələn karateçimiz tatamini məğlubiyyətlə tərk edib. Bununla da 5 qat dünya, 10 qat Avropa çempionu Parisdəki turniri gümüş medalla başa vurub.

Dünya Karate Federasiyasının (WKF) bu nüfuzlu turnirində 81 ölkədən 756 idmançı mübarizə aparıb.


oxunma sayı: 37 | Paylaş: