')

Bu gün:


FutbolPress.Az | Əhmədovun alqışlanası iddiası və "Neftçi"dən gözləntilər (QEYD)

Əhmədovun alqışlanası iddiası və "Neftçi"dən gözləntilər (QEYD)


oxunma sayı: 912 Paylaş:

FutbolPress“Açığı, Antalyada heç bir oyunun nəticəsi mənim üçün maraqlı deyil. Bura bunun üçün gəlməmişəm. Futbolçularla söhbətdə də dedim ki, mən razıyam, bütün oyunları uduzaq, amma əyər-əskiklərimiz, mövsümün əvvəlində görmədiyimiz səhvlər üzə çıxsın. Ona görə də sistematik iş getməlidir. Çünki çempionatda bütün rəqibləri tanıyırıq, kimin hansı gücdə olmasına bələdik. Burda qarşılaşdığımız komandaların isə nə gücünə bələdik, nə də futbolçularının ayrı-ayrılıqda səviyyəsinə. Hər bir problem burda çıxır ortaya və indi də bunun üzərində işləyirik. Bu üç məğlubiyyətə görə üzülmürəm”.

Qış toplanış dönəminin ən çox müzakirə olunanı "Neftçi"dir. Səbəb? Əlbəttə, qığılcım "SKA Xabarovsk"a 1:8 hesablı məğlubiyyətdən yarandı. Daha sonra klubdan, komandadan heç kimin mediaya açıqlama verməməsi, göndərilənlərin yerinə gələnlərin olmaması və s.

Əvvəlcə "ağ-qaralar"ın yoxlama oyunlarındakı məğlubiyyətlərinə dair...

OK, 1:8 böyük komandanın - yoxlama görüşü olsa belə - uğrayacağı nəticə olmamalıdır. Ancaq "olmaz"lar mövcuddursa da, "olmayacaq" deyə bir şey yoxdur. Hazırlıq dönəmində dünyanın ən məşhur klubları belə böyükhesablı məğlubiyyətlər görüblər. Buna səbəb heyətdə eksperimentlərin aparılması, müxtəlif taktiki gedişlərin üzərində işlənməsi və s. Əslində təlim-məşq toplanışının məqsədi də məhz budur. Bəzi xırda detallar da böyük rol oynaya bilir.

"Neftçi"nin baş məşqçisi Tərlan Əhmədov işinin biləni, nəticə verməyi bacaran fiqur olduğundan "ağ-qaralar"ın qış toplanışında baş verənləri dağınıqlıq, pis tendensiya adlandırmamaq da olar. Elə özü də bu məqamla bağlı sportinfo.az saytına müsahibəsində dəqiq açıqlama verib:

"Mən bəzi futbolçuları yoxlayırdım, müxtəlif taktiki gedişləri nəzərdən keçirirdim ki, gördüyüm səhvlərin üzərində işləyək”.

Bəs transferlər niyə gecikir? Yoxlanışa gələn oyunçular baş məşqçini qane etmir. Bunda günah kimdədir?

Bilirik ki, transfer mövzusunda qış pəncərəsi əlverişsiz sayılır. Çünki oyunçuların klublarıyla müqaviləsi əsasən yayda bitir. Qışda daha çox azad agent statuslu oyunçuları cəlb etmək olur, yaxud da kimisə əlavə xərcə düşərək, transfer etməlisən.

Əlbəttə, bunlar bəhanə sayıla bilməz. "Neftçi"nin Əhmədovla davam edən qısa dönəmində uğurlu nəticələri sponsorun maliyyəni artırmasıyla nəticələndi. Belədə komandanın gücləndirilməsi prioritetdir. Elə isə bəhanə yox, real nəticələr lazım...

Əhmədovun müsahibəsində ən xoşagələn məqam isə məhz budur: “Neftçi”ni istəyənlər, Tərlanı istəyənlər hər halda bilməlidir ki, komandanı 3-5 aya, yarım ilə, hətta 1 ilə tam düzəltmək mümkün deyil. Buna zaman lazımdı. Heç kim yaddan çıxarmasın ki, Tərlan “Neftçi”ni hansı vəziyyətdə götürüb və onda nələr baş verirdi. Düşüblər komandanın üstünə, hərə nə gəldi yazır, danışır. Hamı öz işində vaxt istəyir, mənə çatanda isə kimsə səbr etmək istəmir. Burdan “Neftçi”nin azarkeşlərinə səslənirəm: sözüm sizədi, heç kimə fikir verməyin, oturun bizi gözləyin. “Neftçi” istədiyinizdən də yaxşı komanda olacaq. O komandanı mən yaradacam! Heç biriniz ürəyinizi sıxıb eləməyin”.

Burada o, iddialı, qətidir. Əhmədovun kimliyinə, xarakterinə bələd olmasaq, deyilənlərin hədər iddia olduğunu da düşünmək olardı. Ancaq onun dilinə görə dilçəyinin olduğuna bələdik. Bircə çatışmazlığı var, o da politik davranışda, ünsiyyətdə zəifliyidir.

Məsələn, Antalya toplanışında komandanın yoxlama görüşünü izləməyə gedən jurnalistə müsahibə verməkdən imtina edib, iki gün sonra toplanışda olmayan sayta danışması...

Bəlkə də buna səbəb oyundan sonra "Neftçi"ni sərt tənqid etməyimiz oldu. Yaxşıdır, istənilən halda, tənqid olmasa, hərəkətverici qıcıq olmaz. Ancaq sevimli Əhmədovun çatışmazlıqları davam etməkdədir. Üzərində çalışması qaçılmazdır.

"Neftçi"ninsə kompleks hazırlığının nəticəsini çempionat oyunlarında açıq-aydın görəcəyik.

Elçin Cəlilov


oxunma sayı: 912 | Paylaş:




?>