Bu gün:


FutbolPress.Az | Maraq böyüyür, AFFA-nın məsuliyyəti artır (QEYD)

Maraq böyüyür, AFFA-nın məsuliyyəti artır (QEYD)


oxunma sayı: 402 Paylaş:

FutbolPressBuilki Antalya toplanışı əvvəlkilərdən xeyli fərqlənir. Hadisələri izləyənlər daha sıx maraqlanır ki, burda vəziyyət necədir - məsələn, "Neftçi" azarkeşi nigarandı, klub haqda informasiya niyə azdır, "Qəbələ" tərəfdarları yeni transferlərin olub-olmayacağını səbrsizliklə gözləyir, "Qarabağ" tərəfdarları burda olan KİV-ləri diqqətlə izləyir ki, komandadakı dəyişikliklər haqda məlumatı olsun.

İlk dəfə bu qədər oxucu marağı var. Hələ qış fasiləsinin bu qədər hərəkətli keçdiyini görməmişdik. Ən adi açıqlama belə, kifayət qədər oxunur.

Düşünməyə vadar eləyən məqamdı. Görəsən bu il niyə belə olur?

Əlbəttə, Azərbaycanın bütün yaş qrupları üzə millilərinin vahid sistemə salınması və baş məşqçi dəyişiklikləri əsas amildi. İnam və maraq oynaıb...

U-21-in dörd yoxlama oyununa maraq xeyli oldu. Antalyada olan klubların əksərinin məşqçiləri, menecerlər bu oyunlara gəlirdi. Əvvəlki illərdə isə aşağı yaş qruplarının harda oynadığını araşdıran belə çox az olurdu, nəinki izləyənlər.

***               ***               ***

Bu marağı mənfəətə çevirmək lazımdır. U-21 oyunlarıyla göstərdi ki, perspektivli gənc oyunçular yox deyil. İndi PR menecer, marketoloq bilicisi kimi ad çıxaran AFFA baş katibi Elxan Məmmədov, qurumun aidiyyatı digər funksionerləri situasiyanın yanında olmalıdır.

Menecer sistemi intensiv  işə keçməlidir.

Bu yaş üzrə oyunçular ölkə çempionatında əsas heyətə düşməkdə çətinlik çəkir. Əsas mövzu da budur ki, Qurbanov, Sadıqov TPL-dəki komandaların baş məşqçiləriylə danışsın, bu  oyunçuların əsas heyətdə oynadılması daha da çoxalsın və s.

Sadıqov da son yoxlama matçından sonrakı brifinqdə təbii olaraq bildirdi ki, bu məsələlər haqda baş məşqçilərlə uzaqbaşı müzakirə aparmaq olar, seçimsə onların öz işidir.

Məsələnin peşəkar yanı isə ondan ibarətdir ki, o məşqçilərin heç biri buna məcbur deyil.

Belədə bu oyunçuların xaricə "ixracı" üzərində işlənməlidir. Necə ki Fərid Nəbiyev Çexiyaya aparıldı, digərləri digər ölkələrə - bu heyətin üzvləri arasında da perspektivlilərin PR-ı qurulmalıdır. Populyar menecerlərlə işbirliyinə girmək lazımdır.

Çarə  bu oyunçuların ölkədən çıxarılmasındadı.

AFFA  bu işdə rolunu ortaya qoymalıdır. Baxaq...

Elçin Cəlilov


oxunma sayı: 402 | Paylaş: