Bu gün:


FutbolPress.Az | Universitetləşmək lazımdı (KİÇİK QEYD)

Universitetləşmək lazımdı (KİÇİK QEYD)


oxunma sayı: 335 Paylaş:

FutbolPressBu, Antalyada "Akdeniz Universitesi Stadyumu"dur. Yaxınında isə "Antalyaspor"un arenası.

"Səbail"in "Napredak"la (1:1) yoxlama oyununun keçirildiyi məkan. Mövzu oyun deyil, stadionun adı/mahiyyətidi.

Bir universitetin belə möhtəşəm stadionu varsa, o ölkədə futbol olar, beş də üstünə gələr...

Türkiyədə başqa universitetlərin də bu cür arenaları var. Digər idman növlərinə aid qurğuları, dərnəkləri və s.

Həmçinin başqa ölkələrdə.

Əlbəttə, doğru təxmin etdiniz, ölkəmizlə müqayisənin zamanı gəlib çatdı. Azərbaycanda niyə belə deyil?

Bircə Azərbaycan Dövlət Bədən Tərbiyəsi Akademiyasının arenası var, onun da meydançası qumluqdu.

Ölkədə kifayət qədər özəl universitet var. Dəbdəbəli bina tikiblər, ancaq idman qurğuları uşaq oyuncağıdır. Hətta son illər populyar olan ADA Universiteti də bu məsələlərdə ciddiyyəti bADA verib.

Bundan başqa, yerli universitetlərin heç birinin idman klubu yoxdur. Heç yaxşı hal deyil.

O da ayrı məsələ ki, heç TPL klublarının belə stadionu yoxdur.

Avropaya inteqrasiya yolunu tutmuşuqsa, unutmamalıyıq, hətta Asiyada, Afrikada da standartla belədir. Bizim universitetlər belə məsələlərə çox səhlənkar yanaşırlar. Axı sağlam bədəndə sağlam ruh olar...

Elçin Cəlilov








oxunma sayı: 335 | Paylaş: