Bu gün:


FutbolPress.Az | Azərbaycan və Ermənistan eyni qrupda

Azərbaycan və Ermənistan eyni qrupda


oxunma sayı: 332 Paylaş:

FutbolPressBasketbol üzrə gənclər arasında Avropa çempionatının püşkü atılıb.

Azərbaycanın kişilərdən ibarət U-16, U-18 və U-20 yığmalarının da rəqibləri müəyyənləşib.

C Sivizionunda yer alan U-16 millisi Avstriya, Ermənistan, San-Marino, Albaniya və Moldova ilə birgə A qrupuna düşüb. Bu qrupun oyunları 3 - 11 iyulda San-Marinonun Serravalle şəhərində keçiriləcək.

B Divizonunda qərarlaşan U-18 yığması B qrupunda Belçika, Macarıstan, Gürcüstan, Estoniya və Avstriya ilə birgə 27 iyul - 5 avqustda Makedoniyanın paytaxtı Skopyedə mübarizə aparacaq.

B Divizionunda çıxış edəcək U-20 isə Litva, Belçika, Belarus və Makedoniyaya rəqib olub. Bu komandaların yer aldıqları A qrupunun oyunları 13 - 22 iyulda Bolqarıstanın paytaxtı Sofiyada baş tutacaq.


oxunma sayı: 332 | Paylaş: