')

Bu gün:


FutbolPress.Az | Sürətli irəliləyişin sirri və sehri (QEYD)

Sürətli irəliləyişin sirri və sehri (QEYD)


oxunma sayı: 1699 Paylaş:

FutbolPress"AFFA-da ən sürətli yüksəlişə kim nail olub?" sualına cavab istəsəniz, sizə bir ad çəkə bilərik: Xanım Hüseynova. O, kimdir?

O, illər öncə AFFA-nın baş katibi Elxan Məmmədovun köməkçisi kimi işə başlayır. Daha sonra baş katibin katibəsi olur. Bacısı Sevinc xanım isə baş katibin müavinin müavini təyin edilir.

Maraqlıdır, eləmi?

Hüseynova bacılarının məharəti, sirri, sehri bunula bitmir.

Zaman keçir, vədə ötür, AFFA-nın beşinci mərtəbəsinə giriş kartla olur. Hətta liftdə də 5-ci mərtəbəyə qalxmaqçün xüsusi kart olmalıdır. Başqa bütün mərtəbələr xaric...

Həmin "bufer zona"da günlərin birində qadın əlbəyaxası baş verir.

Kadrlar şöbəsinin rəisi Günay Fətəliyeva Xanımın bacısı Sevinc xanımdan mahnının səsini azaltmağı xahiş edərkən o, buna kobud cavab verir. Kobud cavab bəs eləmir, səs tonunu bir az da qaldırır. Ona reaksiya verilincə isə əlbəyaxa dava başlayır.

Xanım bacısının xeyrinə açıqlama verir: "Görərsən, səni AFFA-dan rədd edəcəm! Elxançikə deyəcəm!" Belə də olur.

Britaniyada iqtisadiyyat təhsili almış, CV ilə qurumda işə götürülən Günay Fətəliyeva işdən çıxarılır, yaxud buna məcbur qalır...

Bu haqda ifşalar yazsaq da, nəticələr haqqın deyil, Elxan Məmmədovun yaxını olan Hüseynova bacılarının xeyrinə olur.

Dövləq İqtisad Universitetinin məzunu olsa da, ciddi iqtisadçı karyerası olmayan Xanım xanım bir az keçəndən sonra daha böyük postla şərəfləndirilir. O, AFFA-nın maliyyə işləri üzrə müdiri təyin edilir.

Xanım Hüseynovanın rəsmi maaşı 920 manatdır. Paket isə 7000. Amma məlumatlı mənbələrdən öyrəndiyimiz qədər Xanım bununla kifayətlənəcək biri deyil. O, paytaxtın ən prestijli restoranlarında əylənməyi sevir. "Flame Towers" onun sevimli məkanlarındandı. Qurumun əməkdaşlarından birinin dediyi kimi: "Xanım toxunulmaz adamdır sanki. Heç bir iqtisadçı təcrübəsi olmasa da, AFFA-ya gələn maliyyəyə nəzarət ona həvalə edib. O, təkcə qurumun səfərlərindən nə qədər mənimsəyir. Əlbəttə, tək eləyə bilməz, himayəçisi var. Onun sevimli bir sözü var: "Flame Towers"də çay dəstgahı çox gözəl olur".

Yuxarıda qeyd etdiyimiz kimi, Xanım Hüseynova AFFA-da katibə vəzifəsindən başlayıb, maliyyə işləri üzrə rəhbər postunadək yüksəlib. Bu yüksəlişin himayəçisi isə, məlumatlı mənbənin dediyi kimi, baş katibdir.

Maraqlıdır, Elxan Məmmədovun bəzi kadrlara möhkəm sadiqliyinin əsasını düşünən olubmu?

AFFA-ya SOCAR-dan ayrılan vəsaitə qol çəkən Mikayıl İsmayılov, AFFA-nın prezidenti Rövnəq Abdullayev üçün bu cür əlamətlər ciddi deyilmi? Araşdırma aparmağa dəyərmi?

Mətbuatda yazılırsa, deməli, dəyər. Çünki bundan əvvəl də şübhəli kimi təqdim etdiyimiz şəxslər gec-tez ifşa olunub. Sonuncu misal Mikayıl Nərimanoğlu kimi...

Elçin Cəlilov


oxunma sayı: 1699 | Paylaş:




?>