Bu gün:


FutbolPress.Az | "Qarabağ" dünya reytinqində irəlilədi

"Qarabağ" dünya reytinqində irəlilədi


oxunma sayı: 359 Paylaş:

FutbolPressDünyanın ən güclü klublarının növbəti reytinq siyahısı açıqlanıb. "Clubworldranking"in hazırladığı cədvəldə 4 Azərbaycan klkubu da yer alıb.

Ən yaxşı nəticə "Qarabağ"dadı. Qurban Qurbanovun komandası son siyahı ilə müqayisədə 1 pillə irəliləyib. Hazırda aktivində 1169 xalı olan Ağdam klubu dünyanın 541-ci komandasıdı.

Təmsilçilərimiz arasında ikinci ən yaxşı göstərici "Keşlə"dədi. Bakı klubu 369 xalla 781-ci pillədə qərarlaşıb. 255 xalı olan "Qəbələ" isə 822-cidi. Cədvəldəki son Azərbaycan klubu "Zirə"di. Ayan Abbasovun komandası 844-cü pillədə qərarlaşıb (217 xal).

Reytinq Siyahısına "Real" (17 500) başçılıq edir.


oxunma sayı: 359 | Paylaş: