Bu gün:


FutbolPress.Az | "Neftçi"nin son rəqibi də məlumdu

"Neftçi"nin son rəqibi də məlumdu


oxunma sayı: 177 Paylaş:

FutbolPress"Neftçi”nin təlim-məşq toplanışında keçirəcəyi sonuncu yoxlama oyunundakı rəqibi müəyyənləşib.

Komanda yanvarın 30-da Makedoniyanın "Sileks” klubu ilə qarşılaşacaq. Məlumatı "ağ-qaralar"ın rəsmi saytı yayıb.

"Neftçi” Antalyadakı təlim-məşq toplanışında yanvarın 22-də Rusiyanın "SKA-Xabarovsk”, 25-də Rumıniyanın "Konkordiya” və Bolqarıstanın "Slaviya”, 27-də isə Rusiyanın "Krılya Sovetov” klubları ilə üz-üzə gələcək.

Sabah isə "Neftçi” "Keşlə” klubu ilə hazırlıq matçına çıxacaq.  İsmət Qayıbov adına təlim-məşq bazasında keçiriləcək yoxlama oyunu saat 15:00-da başlanacaq.


oxunma sayı: 177 | Paylaş: