Bu gün:


FutbolPress.Az | "Ufuk Budakın Azərbaycana gəlmək fikri yox idi" - Ayxan Abbasov

"Ufuk Budakın Azərbaycana gəlmək fikri yox idi" - Ayxan Abbasov


oxunma sayı: 187 Paylaş:

FutbolPressBu gün "Zirə"nin əsas və əvəzedici komandaları arasında yoxlama oyunu keçirilib. Əsas heyətin 4:0 hesablı qələbəsiylə başa çatan görüşdən sonra komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb...

- Matçla bağlı fikirləriniz...
- Bu oyundan çox şey gözləmirdik. Əsas məqsədimiz futbolçuların oyun hissiyatlarını qaytarmaq idi. Fasilə oldu və son məşqlərdən sonra belə oyuna ehtiyac vardı. Öz əvəzedici heyətimizi seçməyimizin də məqsədi elə o idi. Həm də ordakı cavan futbolçularımıza baxdıq. Onlar həmişə gözümüzün önündədi. Bunu ikitərəfli oyun kimi də qələmə vermək olar.

- Diqqətinizi çəkən yaş limitinə uyğun futbolçu oldumu?
- Bu gün limitə düşənlərin çoxu meydandaydı. 2001-ci il təvəllüdlü bir oyunçu diqqətimi çəkdi. Akademiyanın yetirməsidi. Mənə xoş təsir bağışladı və yəqin ki, bizlə məşqə başlayacaq.

- Legionerlərin vəziyyəti nə yerdədir?
- Proqram vermişdik, biz başlayanda onlar da öz ölkələrində başlamışdılar məşqlərə. "Keşlə" ilə oyunda yoxlayacağıq necə olduqlarını.

- Əvəzedici heyətə yeni cəlb olunan oyunçuları bəyəndinizmi?
- Onların potensialını bilirik və çox şey gözləyiirk. Uyğunlaşmada problem olmayacağını düşünürəm.

- Jozef Bumun gəlməyəcəyi barədə mlumatlar dolaşır. Bu haqda nə deyə bilərsiz?
- O, bizdən icazə istəyib. Zədəsi olduğuna görə son 2 oyunda da iştirak etməmişdi. Hazırda zədəsini müalicə edir və heç bir problem yoxdur.

- Yeni transfer gözlənilirmi?
- Axtarırıq. Əsasən ota xəttə istəyirik. Yaxın günlərdə yəqin ki, bu məsələni həll edəcəyik. Legioner futbolçu olacaq.

- Ufuk Budakın gələcəyi gözlənilirmi?
- Bizə menecer müraciət etmişdi ki, Ufuk Budak azad agentdi. Lakin sonra maraqlananda məlum oldu ki, onun Azərbaycana gəlmək fikir yoxdu. Buna görə biz məsələni bağladıq.

- Zaur Həşimov yığma ilə paralel "Zirə"dəki işini davam etdirəcək?
- O məsələ hələ həllini tapmayıb. Buna görə də əvəzedici heyətdən Vasilyevi gətirmişik. Onu tanıyıram. Əvvəl əvəzedici heyətdə bir yerdə işləmişdik.

- Milliyə çağırılan oyunçularla bağlı "Zirə"yə məlumat verilibmi?
- Yox. Məncə, hələ vaxta var.

- Millidəki dəyişiklik gələcəyə dair ümid verir?
- Dəyişiklik əvvəlkilərin pis olduğu mənasını vermir. Son 10 ili götürsək inkişaf var. Bu, göz qabağındadır. Lakin azyaşlıların Avropa seçmələrində uğursuzluğu olub. Bu dəyişikliklərin müsbət yöndə addımlara gətirib çıxaracağına inanıram.



oxunma sayı: 187 | Paylaş: