Bu gün:


FutbolPress.Az | "Zirə"dən əvəzedicilərinə 4 cavabsız qol

"Zirə"dən əvəzedicilərinə 4 cavabsız qol


oxunma sayı: 19 Paylaş:

FutbolPress"Zirə" bu gün yoxlama oyunu keçirib.

Qəsəbə təmsilçisi əvəzediciləri ilə qarşılaşıb. Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçirilən görüş əsas komandanın 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

İlk iki qolu Vüsal İskəndərli, digər iki qolu isə Mirsahib Abbasov vurub. Legioner futbolçular hazırlıqlara gec qoşulduğuna görə baş məşqçi Ayxan Abbasov bu oyunda ancaq yerli oyunçuların xidmətindən yararlanıb.

Komanda növbəti matçını yanvarın 19-da "Keşlə"yə qarşı keçirəcək.


oxunma sayı: 19 | Paylaş: