Bu gün:


FutbolPress.Az | Anar Nəzirov yığmada şans istəyir: "Kamranı əvəz edə bilərəm"

Anar Nəzirov yığmada şans istəyir: "Kamranı əvəz edə bilərəm"


oxunma sayı: 241 Paylaş:

FutbolPressBu gün "Zirə"nin əsas və əvəzedici heyətləri arasında yoxlama oyunu keçirilir. Matçın gedişi zamanı qəsəbə klubunun uzun müddətdir zədəli olan qapıçısı Anar Nəzirov jurnalistlərin suallarını cavablandırıb...

- Komandaya nə vaxt dönməyin planlaşdırılır?
- Hazırlıq prosesindən çox şey asılıdı. Həkimlərin dediyinə görə, əməliyyatdan sonra əsas olan bərpa prosesidi. Yəqin ki, gələn həftədən məşqlərə qoşulacam.

- Mövsümün ilk yarısını necə dəyərləndirirsən?
- Zədələnməyimə baxmayaraq, bu, komanda oyunudur. 30 xal da "Zirə" üçün pis nəticə deyil.

- Amma kubokda mübarizəni dayandırdız...
- Biz bütün fikrimizi Çempionata yönəltmişik.

- Milli komandanın da qapıçılarından birisən. İndiki məqamda əsas heyətdə görürsən özünü?
- Buna baş məşqçi qərar verəcək. Hər kim çağırılacaqsa ona uğurlar arzu edirəm.

- Hazırda millidə qapıçı problemi var. Kimləri namizəd kimi görürsən komandaya?
- Çox yaxşı qapıçılarımız var. Emin Balayev, Rəşad Əzizili, Aqil Məmmədov... Lakin bununla belə son söz baş məşqçinindi.

- Belə bir fikir var ki, Kamran Ağayev zədəli olsa da, onu əsas heyətə daxil etməyə məcburdurlar. Çünki ona alternativ qapıçı yoxdur. Razısan bununlar?
- Düzünü desək, bu, həmişə belə olub. Millidə Kamranı əvəz edən olmayıb. Amma məsələ belədi ki, şans verilməyən qapıçı özünü necə sübut edə bilər? Rəqabət yaradılmalıdı ki, yüksəliş olsun.

- Səncə özün onun yerində ola bilirsən?
- Bizim belə bir şüarımız olub: Niyə də yox?!


oxunma sayı: 241 | Paylaş: