Bu gün:


FutbolPress.Az | "Latsio" İmmobileyə 120 milyon avro qiymət qoydu

"Latsio" İmmobileyə 120 milyon avro qiymət qoydu


oxunma sayı: 35 Paylaş:

FutbolPressBu mövsüm fantastik oyun göstərən "Latsio"nun futbolçusu Çiro İmmobileni transfer etmək istəyən komanda 120 milyon avrosundan keçməlidi.

Bu barədə italiyalı forvardın meneceri Alessandro Mocci məlumat verib. O bildirib ki, transfer bazarında artıq qiymətlər çox yüksəlib və İmmobile üçün də bu məbləğ kifayət qədər normaldı.

Çiro bu mövsüm A Seriyasında meydana çıxdığı 18 matçda 20, bütün turnirlər daxil olmaqla keçirdiyi 24 oyunda isə 26 qola imza atıb. O, 9 dəfə də məhsuldar ötürmə edib.


oxunma sayı: 35 | Paylaş: