Bu gün:


FutbolPress.Az | "Qarabağ"ın futbolçusuna bir milyon avro qiymət qoyuldu

"Qarabağ"ın futbolçusuna bir milyon avro qiymət qoyuldu


oxunma sayı: 665 Paylaş:

FutbolPressMövsümün əvvəlində icarə əsasında "Olimpiakos"dan "Qarabağ"a cəlb olunan Tarik Elyunussinin İsveçin AİK klubunun maraq dairəsində olduğu barədə xəbər vermişdik. Artıq tərəflər arasında razılıq əldə olunub.

Norveçli oyunçu Stokholm təmsilçisində oynamağı qəbul edib. Yunanıstan mətbuatının yaydığı xəbərə görə, indi klublar - "Olimpiakos" və AİK razılığa gəlməlidi. 

Yunanlar Elyunussi üçün qarşı tərəfdən 1 milyon avro təzminat istəyir. AİK isə bu məbləği aşağı salmağa çalışır. Tərəflərin yaxın günlərdə razılığa gələcəyi bildirilir

 Elyunussi "Qarabağ"da cəmi 8 oyun keçirib.


oxunma sayı: 665 | Paylaş: