Bu gün:


FutbolPress.Az | Arda "Barsa"dan Messiyə görə göndərilib

Arda "Barsa"dan Messiyə görə göndərilib


oxunma sayı: 1026 Paylaş:

FutbolPressTürkiyənin "Başakşəhər" klubu ilə anlaşan Arda Turanın "Barselona"nı tərk etməsinin əsas səbəbi Lionel Messi olub. Belə iddia ilə "Don Balon" nəşri çıxış edib.

Bildirilir ki, argentinalı ulduz Ardanı komandada görmək istəməyib. O, hətta türk oyunçuya salam belə vermirmiş. Bunun səbəbi isə Messinin fikrincə, Ardanın komanda üçün əlindən gələni etməməsi olub. Nəticədə o, rəhbərlikdən 30 yaşlı yarımmüdafiəçinin göndərilməsini istəyib.

Arda bu mövsüm "Barsa"da bir rəsmi matçda belə iştirak etməyib. O, baş məşqçi Ernesto Valverdenin də planlarına daxil deyil.


oxunma sayı: 1026 | Paylaş: