Bu gün:


FutbolPress.Az | Mali millisinin kapitanı Azərbaycan klubunda?

Mali millisinin kapitanı Azərbaycan klubunda?


oxunma sayı: 466 Paylaş:

FutbolPressFransanın "Renn" klubunun futbolçusu Yakuba Silla Azərbaycanda çıxış edə bilər.  Bu barədə adıçəkilən ölkənin mətbuatı məlumat yayıb.

Bildirilir ki, Sillanın klaryerasını davam etdirmək üçün bir neçə variantı mövcuddu. Onların arasında Azərbaycan da var. Lakin klubun hansı olduğu açıqlanmayıb.

"Renn" son mövsümü icarə əsasında "Panatinaikos"da keçirən yarımmüdafiəçini birdəfəlik satmaq fikrindədi. Fransız klubu onun üçün 500 min avro tələb edir. Rəqəmin belə yüksək olması Sillanın "Osmanlıspor"a keçidinə də əngəl olub. İndi o, daha çox "Legiya"ya keçməyə yaxındı.

Silla karyerası ərzində "Renn" və "Panaitinaikos"dan başqa "Klermon", "Aston Villa", "Kayseri Erciyesspor" və "Menpelye"nin də formasını geyinib. 27 yaşlı oyunçu 2013-cü ildən Mali milisinin üzvüdü və yığmada kapitan sarğısını daşıyır.


oxunma sayı: 466 | Paylaş: