Bu gün:


FutbolPress.Az | "Anortosis"dən Araz Abdullayev üçün 150 min avro

"Anortosis"dən Araz Abdullayev üçün 150 min avro


oxunma sayı: 753 Paylaş:

FutbolPressSon zamanlar Kiprin "Anortosis" klubunda uğurlu çıxışı ilə diqqət çəkən Araz Abdullayev icarə müddəti bitdikdən sonra da orda qala bilər.

Famaqusta təmsilçisi müqavilə ilə "Qəbələ"yə məxsus olan vingeri birdəfəlik almaq istəyir. Bu barədə Kipr mətbuatı məlumat yayıb.

Bildirilir ki, "Anortosis" Arazın oyunundan razıdı və onu saxlamaq fikrindədi. Kipr klubu 25 yaşlı oyunçu üçün 150 min avro ödəməyə hazırdı.

"Anortosis" Abdullayevi keçən yay "Qəbələ"dən bir illik icarəyə götürüb. Onun müqaviləsi mövsümün sonunda başa çatacaq.


oxunma sayı: 753 | Paylaş: