')

Bu gün:


FutbolPress.Az | "Qəbələ" I Divizion klubu ilə qarşılaşacaq

"Qəbələ" I Divizion klubu ilə qarşılaşacaq


oxunma sayı: 130 Paylaş:

FutbolPress“Qəbələ”nin əvəzedicilərdən ibarət komandası 2017-2018-ci illər mövsümünün ikinci yarısının hazırlıqlarına start verib.

Yanvarın 7-də Qəbələdə bir araya gələn “qırmızı-qaralar” ilk məşqinə bu gün çıxıblar. Komanda çempionatın 3-cü dövrəsinə yeni baş məşqçi Emin İmaməliyevin rəhbərliyi altında hazırlaşır.

Əvəzedicilərin qış fasiləsindəki ilk yoxlama oyununun tarixi və rəqib komanda da müəyyənləşib. “Qırmızı-qaralar” birinci divizion təmsilçisi “Ağsu” ilə üz-üzə gələcək.

Yanvarın 14-də baş tutacaq matç Qəbələ şəhər stadionunda keçiriləcək.


oxunma sayı: 130 | Paylaş:




?>