Bu gün:


FutbolPress.Az | "Qəbələ" Antalyadakı 3-cü günü 2 məşqlə bitirdi

"Qəbələ" Antalyadakı 3-cü günü 2 məşqlə bitirdi


oxunma sayı: 29 Paylaş:

FutbolPress“Qəbələ” 2017/18 mövsümünün ikinci yarısına hazırlığını Türkiyənin Antalya şəhərində davam etdirir.

“Qırmızı-qaralar” təlim-məşq toplanışının 3-cü gününü iki məşqlə başa vurub. Yanvarın 5-dən qonşu ölkədə olan “qırmızı-qaralar” günün ilk yarısında fiziki hazırlıq keçib. Komanda üzvləri məşq prosesini açıq havada gerçəkləşdirib.

Ukraynalı mütəxəssis Roman Qriqorçukun rəhbərliyi altında hazırlıq keçən “qırmızı-qaralar” günün ikinci məşqi zamanı meydançada çalışıb. Futbolçular əsasən toplu çalışmalara üstünlük verib. Zədədən sonra komandaya qoşulan Dion Malone fitnes zalında fərdi hazırlıq keçib.


oxunma sayı: 29 | Paylaş: