Bu gün:


FutbolPress.Az | “Kəpəz”dəki “8 ballıq zəlzələ”nin səbəbi (KİÇİK QEYD)

“Kəpəz”dəki “8 ballıq zəlzələ”nin səbəbi (KİÇİK QEYD)


oxunma sayı: 487 Paylaş:

FutbolPressDünən “Kəpəz” 8 futbolçu ilə yollarını ayırdı. Qapıçı Ruzi Qiyaslı, müdafiəçilər Novruz Məmmədov, Azad Kərimov, yarımmüdafiəçilər Azər Məmmədov, Aydın Qasımov, Kərim Diniyev, Serqey Çernışev və Məhəmməd Qurbanov Gəncə klubundan göndərildi. Bildirilir ki, onlardan yalnız sonuncusu öz istəyilə komandanı tərk edib.

Heyətdə köklü dəyişikliklər üçün əlverişli sayılmayan qış fasiləsi zamanı birdən birə 8 yerli futbolçunun yola salınması gözlənilməz oldu. Üstəlik onların arasında mövsümün birinci hissəsini daim meydanda keçirənlər də var. Xüsusilə sabiq çalışdırıcı Şahin Diniyevin oğlu, komandanın bombardiri Kərim Diniyevin yola salınması şübhəli oldu.

Məlumata görə, qovulan futbolçular məhz Diniyevin dəstəsi imiş. Onlar sabiq baş məşqçinin oğlu ilə həmrəy olublar və bəzi oyunlarda bilərəkdən zəif çıxış ediblər. Bu şübhələr Yunis Hüseynovda da olub. Beləliklə, o, Kərim və “drujina”sını uzaqlaşdırıb, öz inanacağı heyəti formalaşdıracaq. Bununçün artıq şəhər rəhbərliyindən razılıq da verilib.

Fikir verirsinisə, komandada olan “Xəzər Lənkəran” yetirmələrindən heç biri qovulmayıb. Üstəlik Hüseynov bu klubun digər yetirmələrini də sərəncamında görmək istəyir. Məsələn, Orxan Sadıqlının “Keşlə”dən “Kəpəz”ə keçidi gündəmdədi. Ona görə ki, Yunis Hüseynov vaxtiykən həmin futbolçularla işləyib və onlara inanır.

Ancaq atası komandadan istefaya göndərilən Diniyevlə münasibətlər isti olmayıb. Hüseynov özünü heç cür inandıra bilməyib ki, Kərim onun komandasında vacib fiqurdu. Əksinə, şübhələr getdikcə artmağa başlayıb.

Hər iki tərəflə ünsiyyət qurmaq cəhdi hələlik alınmır. Hər halda mövzunu diqqətdə saxlayacağıq.


oxunma sayı: 487 | Paylaş: