Bu gün:


FutbolPress.Az | Futbolçu qırmızı vərəqəyə görə hakimi öldürdü

Futbolçu qırmızı vərəqəyə görə hakimi öldürdü


oxunma sayı: 35 Paylaş:

FutbolPressMeksikada futbolçu hakim ölümünə səbəb olub. Həvəskarların çempionatında hakim tərəfindən qırmızı vərəqə ilə cəzalandırılan futbolçulardan biri ona hücum edib.

Hücuma məruz qalan hakim – Xose Valdemar Ernandes Kapetilyo qarşılaşmadan sonra xəstəxanaya çatdırılıb. Lakin həkimlər bir həftə komada qalan referinin həyatını xilas edə bilməyiblər.

Hakimə ölümcül xəsarət yetirən futbolçu artıq həbs olunub. Onun kimliyi barədə əlavə məlumat verilmir.


oxunma sayı: 35 | Paylaş: