Bu gün:


FutbolPress.Az | Pis gününüz belə keçsin, Axundov (KİÇİK QEYD)

Pis gününüz belə keçsin, Axundov (KİÇİK QEYD)


oxunma sayı: 436 Paylaş:

FutbolPressDünən "Keşlə"nin Müşahidə Şurasının iclası keçirildi. Bu hissəyə  birazdan qayıdarıq.

Baş məşqçi Yuri Maksimovun təqdimatı əvəzi olan görüşün əsas mövzusu da elə bu olub. Hərçənd məşqçiylə müqavilənin şərtləri ətrafında ictimaiyyətə daha geniş məlumat vermək olardı. 

Haşiyə çıxaq ki, baş məşqçi Zaur Svanandzenin göndərilməsi, o postun yayda əvəzedicilərin koordinatoru (?!) təyin olunan Ramiz Məmmədova həvalə edilməsi, indi də onun Maksimovla əvəzlənməsi - silsilənin mənası yoxdur. Niyə bu dəyişiklikərə ehtiyac yarandı ki?

Müşahidə Şurası toplandı. Bu, axırıncı dəfə haçan olmuşdu, yada sala bilmirik. 

Həm də Şuranın sədri Zaur bəy hələ də klub rəhbəri kimi aparır özünü. Bu isə qətiyyən doğru deyil. Bundan əvvəlki qeydlərdə də bu məqama toxunub, daha detallı vurğulamışıq.

İnanırıq ki, "Keşlə" bundan sonra  doğru idarə olunar, buna cəhd edər. MŞ da daha tez-tez toplanar. Yeni ideyalar verər, yaxud klubun fəaliyyəti haqda ictimaiyyətə məlumat verər.

Ən sadə əməllərin bərqərar olması üçün başlamaq hələ də gec deyil. Pis gününüz belə keçsin, Axundov. MŞ-nı toplayasınız, mətbuatı dəvət edəsiniz, şəffaf müzakirələr mühiti yaradısınız və fərqli klub idarəçisi modeli yaratmaq cəhdiniz arzudan reallığa keçsin. Bizdən yazmaq, sizdənsə asjkfsl...

Elçin


oxunma sayı: 436 | Paylaş: