Bu gün:


FutbolPress.Az | "Qəbələ"nin üzvündən yeni müqavilə

"Qəbələ"nin üzvündən yeni müqavilə


oxunma sayı: 31 Paylaş:

FutbolPressAzərbaycanın və “Qəbələ” İdman Klubunun MMA döyüşlərindəki təmsilçisi Nəriman Abbasov yeni müqaviləyə imza atıb. İdmançımız “Fight Night”la anlaşma imzalayıb.

Müqaviləyə əsasən yüngül çəkidə mübarizə aparan 23 yaşlı təmsilçimiz təşkilatın keçirdiyi 6 döyüşdə qüvvəsini sınayacaq.

Peşəkar karyerasına 2013-cü ildə başlayan Abbasov indiyədək 20 döyüş keçirib. 17 qələbə qazanıb, 3 dəfə uduzan döyüşçümüz 6 rəqibinə nokautla qalib gəlib. 2016-cı ilin fevralında “Fight Night” çərçivəsində debüt edən Nəriman burada keçirdiyi 5 qarşılaşmadan dördündə qələbə qazanıb.


oxunma sayı: 31 | Paylaş: