Bu gün:


FutbolPress.Az | Velospiedçilərin saxlanmasının günahkarı açıqlandı

Velospiedçilərin saxlanmasının günahkarı açıqlandı


oxunma sayı: 34 Paylaş:

FutbolPressAzərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) dekabrın 17-də Bakıda velosipedçilərin YPX əməkdaşları tərəfindən saxlanılaraq cərimə meydançasına aparılması ilə bağlı rəsmi açıqlama yayıb.

Federasiyanın mətbuat xidmətindən bildirilib ki, baş vermiş hadisə ilə əlaqədar AzVİF rəhbərliyinin Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalova müraciətindən sonra məsələ dərhal həllini tapıb və velosipedlər sahiblərinə qaytarılıb.

DİN rəhbərliyinin göstərişi ilə aparılmış araşdırmalar nəticəsində müəyyən olunub ki, insident bir nəfər rəhbər vəzifəli polis əməkdaşının qanunsuz "özfəaliyyəti” nəticəsində baş verib. Məsələ ilə bağlı lazımi tədbirlər görülüb və müvafiq tapşırıqlar verilib.


oxunma sayı: 34 | Paylaş: