Bu gün:


FutbolPress.Az | İcraiyyə Komitəsi nələri müzakirə etməlidi? (QEYD)

İcraiyyə Komitəsi nələri müzakirə etməlidi? (QEYD)


oxunma sayı: 384 Paylaş:

FutbolPressSabah AFFA İcraiyyə Komitəsinin bu il üçün sonuncu iclası keçiriləcək. Saat 10:30-da “Bayıl Arena”da təşkil olunacaq toplantının gündəliyində hansı məsələlərin yer alacağı barədə açıqlama verilməyib. Ancaq bu haqda bəzi ehtimallar etmək o qədər də çətin deyil.

Əvvəlcədən onu qeyd edək ki, iclasda böyük ehtimalla, yığmanın və “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanovun İK-ya üzvlükdən gedişi rəsmiləşəcək. Qurbanov millinin “sükanı arxasına” keçdikdən sonra istefası ilə bağlı AFFA-ya müraciət edib.

Digər məsələlərə gəlincə, komitənin qəbul edəcəyi qərarlar əsasən aşağı yaş millilərinə baş məşqçi təyinatlarının təsdiqlənməsi olacaq. Düzdü, onların hər biri AFFA tərəfindən rəsmən açıqlanıb, ancaq nizamnaməyə görə İK-nın bu qərarları təsdiqləməsi gərəkdi.

Bundan başqa da bəzi ölkə futbolu üçün fövqəladə əhəmiyyətli görünməyən məsələlərin müzakirəsi, qərarların qəbul edilməsi gözlənilir. Bəs onda əvvəldən məlum olan şeylərə, əhəmiyyətsiz məsələlərə görə İK hər dəfə niyə toplanır?

Son iclaslarda qəbul olunan bəzi qərarlara baxaq:

- AFFA-nın nəzdində Reabilitasiya Mərkəzinin fəaliyyətə başlaması təsdiq olunusun
- 2017-18-ci il mövsümündə UEFA və Premyer Liqa yarışlarında iştirak etmək üçün tətbiq olunacaq Lisenziyalaşdırma Qaydalarında (Buraxılış 2017) dəyişikliklərlə bağlı təkliflər qəbul olunsun.
- AFFA-nın U-19 Liqasının adı Gənclər Liqasına dəyişdirilməsini nəzərə alaraq, Lisenziyalaşdırma Qaydalarında “U-19 komandası” ifadəsi “Gənclər Liqasında çıxış edən komanda” ifadəsilə əvəz olunsun
- Klubların “Gənclər futbolunun inkişafı proqramları”nın icrasına AFFA-nın Məşqçilər Komitəsi tərəfindən nəzarət etmək üçün klublar öz uşaq-gənclər komandalarının məşq qrafiklərini həftləlik əsasda AFFA-ya təqdim etməlidirlər
- Və s.

Görünür, İK bu dəfə də əsasən aşağı yaş yığmalarına baş məşqçi təyinatlarının rəsmiləşməsi üçün toplanacaq. Çünki indiyəcən komitə AFFA-nın qəbul etdiyi hər hansı qərara qarşı çıxmayıb. Bu isə absurd vəziyətdi. Eləysə İK baş katibin ağzından çıxan qədər - çox əhəmiyyətli fakturaya malik görünmür axı.

Əslində, müzakirə edilməli həqiqi problemlər mövcuddu halbuki.

İlk növbədə danışılmış oyunlara İK səviyyəsində münasibət bildirilməlidi. Əvvəllər yalnız I Divizion səviyyəsində gedən proses bu ildən Premyer Liqaya da sirayət edib. Oyun alqı-satqısı ilə bağlı baş verən son olaylar 2 futbolçu, bir məşqçinin ömürlük futboldan kənarlaşdırılması, nəhayət ki, İK-nın bu prosesə münasibət bildirməsini/müdaxiləsini labüd edir.

Müzakirəsinə ehtiyac olan daha bir məqam isə futbolun inkişafına dair növbəti dövlət proqramının işlənib-hazırlanması və bunun üçün dövlətə müraciətdi. Sonuncu dəfə 2005-2015-ci illəri əhatə edən proqram həyata keçirilib və bununla da iş dayanıb. Daha sonra məsələ ilə əlaqəli bəzi cəhdlər olsa da, bu yalnız kulis səviyəsində aparılıb, maliyyə böhranı, devalvasiya səbəbləriylə təxirə salınıb. 2017-ci il də bitir, artıq növbəti ildən faktiki fəaliyyətə keçmək lazım olacaq. Bunun üçünsə İK məsələni müzakirə etməlidi, çünki AFFA belə bir qərarı özbaşına verə bilməz. Hökümət artıq bundan xəbərdar olmalıdı.

Göründüyü kimi, liqaların adının dəyişdirilməsi, lisenziyalaşdırma qaydalarında yeniliklər və s. ilə yanaşı müzakirəsinə ehtiyac olan ciddi məsələlər də var. Ümid edirik ki, İK bu dəfə yazılanları nəzərə alacaq. Hər halda biz təkliflərimizi etdik.

"FutbolPress"


oxunma sayı: 384 | Paylaş: