Elnur Cəfərov bağışlandı - əsas komandaya qaytarılır
Paylaş:
“Neftçi”nin azarkeşlərlə problem yaşadığı üçün əvəzedici heyətə göndərilən futbolçusu Elnur Cəfərov bağışlanıb. O, yenidən əsas komandaya qaytarılacaq.
Məlumatlı mənbədən “FutbolPress”ə daxil olan informasiyaya görə, buna səbəb Elnurun əvəzedici heyətdə özünü yaxşı tərəfdən göstərməsidi. Gənc oyunçunun ordakı davranışında səhvlərini düzəltməkdə olduğu müşahidə edilib. Nəticədə komandanın baş məşqçisi Tərlan Əhmədov ona yenidən şans verməyi qərara alıb.
Elnur qış hazırlıq dönəmində əsas komandanın düşərgəsində olacaq. Yarımmüdafiəçinin heyətə düşüb-düşməyəcəyi isə özünü necə göstərməsindən asılı olacaq.
Xatırladaq ki, U-21 millisinin düşərgəsində olarkən sosial şəbəkədə azarkeşlərlə problem yaşayan oyunçu bir müddət əvvəl “Neftçi”nin əvəzedici komandasına göndərilmişdi. Bundan sonra onun paytaxt klubunu tərk edəcəyi deyilirdi.
| Paylaş: