')

Bu gün:


FutbolPress.Az | "Kəpəz" Türkiyəyə gedəcək - qış hazırlıq planı

"Kəpəz" Türkiyəyə gedəcək - qış hazırlıq planı


oxunma sayı: 225 Paylaş:

FutbolPressTopaz Premyer Liqasında yaranan qış fasiləsi ilə əlaqədar olaraq “Kəpəz”in üzvləri istirahətə buraxılıblar. Komandanın tətil günləri gələn ilin yanvarın 4-nədək kimi davam edəcək. Sonrakı iki gün ərzində Bakıda tibbi müayinədən keçəcək futbolçular ayın 7-də baş məşqçinin sərəncamında olacaqlar. Məşqlər də bu tarixdən başlayacaq.

Yanvarın 8-dən isə “sarı-göylər” gündə iki dəfə olmaqla təlim-məşq toplanışına start verəcək. Ayın 13-nə kimi komanda “Dalğa Arena”da qalıb çalışmalarını da burada davam etdirəcək. Daha iki gün isə futbolçular Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda hazırlıq keçəcək.

“Kəpəz”in üzvləri yanvarın 16-da istirahət edəcək. Bir gün sonra komanda Türkiyəyə yollanacaq. “Kəpəz” hazırlığın bundan sonrakı hissəsini Antalyada davam etdirəcək. Gəncə klubu fevralın 2-dək qonşu ölkədə olacaq.


oxunma sayı: 225 | Paylaş:




?>