')

Bu gün:


FutbolPress.Az | Tərlanı "oyunda" saxlayan oyun (QEYD)

Tərlanı "oyunda" saxlayan oyun (QEYD)


oxunma sayı: 969 Paylaş:

FutbolPressƏvvəl...
 
"Neftçi" Sadıq Sadıqov dönəmindən sonra ardıcıl islahat proqramlarını "yeyə" bilmədi. İdarəçilik strukturu dəyişdirildi, Müşahidə Şurası yaradıldı, şuraya Çingiz Abdullayev sədr olmaqla Fərhad Bədəlbəyli, Bəhram Bağırzadə kimi ictimai nüfuzlu şəxslər toplandı.

İslahatvari proseslərdən sonra "ağ-qaralar"da ən çox baş məşqçi dəyişikliyi müşahidə edildi. Yaxşılığa doğru isə heç nə dəyişmədi.
 
Başlanğıc...
 
"Neftçi"də yenə islahatlar gedir. Baş məşqçilər dəyişdirilir, heyət yenilənir, icraçı direktor Elnur Məmmədov Müşahidə Şurasına hesabat verir, şura da hesabatı qəbul edir - baxır - məmnuniyyət istehsal edir. Bir sözlə, klub dayanmır, iş üstünə iş... ancaq nəticə?

Nəticə?

Son çempionluq 2012/13-də. Son kubok 2013/14-də. Ondan sonra komanda maksimum 4-cü ola bilib, iki dəfə də kubokun finalınadək gəlib, uduzdular. Nəticə yoxdur. Amma islahat davam edir. "Neftçi” sponsor müqavilələri bağlayır, icraçı direktor Eınur Məmmədov Tacikistana seminara gedir, klub forması dəyişdirilir - yeni şirkətlə müqavilə bağlanır, oyunçular göndərilir, gətirilir - nəticə? Yenə yoxdur...

"Neftçi"nin bu halının izahatı kimdən alınmalıdır?

Yuxarılar görüşlərdə dərdləşirlər. Ciddən klubun uğursuzluqlarının ucunu-bucağını yığışdırmaq olmur. 

Bu məclislərin birində PFL prezidenti, sonradan Tərlan Əhmədovun öz etirafı ilə təsdiqlənəcək bir məsləhət verir - onu götürün...

Klub sponsorları Əhmədovla görüşür: buyur, qışadək vaxtın var, göstər məharətini...
 
İndiki davamedici zaman...
 
İslahatbazlar qovulur. Elnur Məmmədov özünü voleybolda tapır. Elxan Abdullayev dalaşa-dalaşa baş məşqilikdən göndərilir. Klub ətrafında fikir ayrılıqları bir xeyli. İkitirəlikdir, ya üçtirəlik - ayrılıqlar görünür ə davam edir.  Demək olar, heç kəs inanmır ki, Əhmədov da bu bataqlıqdan çıxış yolu tapar.

"Neftçi" 1, 2, 3, 4 oyun ardıcıl qələbə qazanır. Daha sonra xal itkisi ilə başa çatan oyunlar. Və...

Əhmədovun "torbası" tikilmək üzrə. Bundan əvvəl "islahatbazlıq" necəydisə, ona oxşarı başlayır. Ancaq Əhmədovun komandanın "sükanında" qalacağını dəqiqləşdirən oyun bu gün baş tutdu.

"Zirə" ilə Zirədəki qarşılaşmadan bir neçə gün əvvəl kuluarlarda ciddi-ciddi Əhmədovun göndəriləcəyi danışılırdı. Bu mövzunu dəbə gətirmək istəyənlərin kimliyi də məlum idi. Onlar Əhmədovu bundan başqa da bir neçə formada hədəfə gətirməyə cəhd eləmişdilər.

"Zirə" mərhələsi keçilməsə, kubokdan əlini üzən "Neftçi" buna görə təqsirkarı çıxdaş eləməliydi. "Günah keçisi" roluna gətizdirilməkçün müxtəlif planlar cızılsa da, hər şeyin cavabını komanda verməliydi.

Və "Zirə"yə qarşı oyunla yox, döyüşməklə, meydanda can qoymaqla qalib gələn "Neftçi" Əhmədovun ayağının altını qazanların belini qırdı...

Oyunsonrası konfransda özünün də dediyi kimi: "Mən bura 6-7-ci yerlərçün, ortabab pillələrdə qalmaqçün gəlməmişəm. Komanda qışda daha da güclənib, daha böyük hədəflərinə doğru irəliləməyə çalışacaq".

Bu oyun və nəticə Əhmədovun ətrafında qurulan "oyunun" ofsayda düşməyinə səbəb oldu. Əhmədov oyunda qalmağı bacardı. Davam edir oyunlar...

Elçin Cəlilov



oxunma sayı: 969 | Paylaş:




?>