')

Bu gün:


FutbolPress.Az | “Neftçi” – “Zirə” oyunundan sonra insident – FOTOLAR

“Neftçi” – “Zirə” oyunundan sonra insident – FOTOLAR


oxunma sayı: 528 Paylaş:

FutbolPressAzərbaycan Kubokunun ¼ final mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Neftçi” – “Zirə” (2:0) matçının sonlarında iki komandanın üzvləri arasında gərginlik yaranıb.

Buna səbəb meydan “ağ-qaralar”ın müəyyən məqamlarda vaxtı uzatmağa cəhd etməsi olub. Əlavə dəqiqələrdə “Neftçi”nin futbolçusunun yerdə qalması isə “Zirə”lilərin səbr kasasını doldurub.

Komanda üzvləri feyr-pley qaydalarına belə riayət etmək istəməyiblər. Hətta qəsəbə təmsilçisinin çalışdırıcısı Ayxan Abbasov futbolçularına oyunu davam etdirməyi göstəriş verib. Ancaq bu zaman baş hakim Fariz Yusifov görüşü saxlayıb.  Az sonra isə qonaqların qapıçısı Kamal Bayramov daxil bir neçə futbolçu ona sərt etiraz ediblər. Nəticədə rəqib oyunçularla sərt mübahisəyə girişən Bayramov “sarı”, hakimi təhqir edən Yovan Krneta isə “qırmızı” ilə cəzalandırılıb.

Gərginlik final fitindən sonra da davam edib. Yenə də hadisələrin mərkəzində Kamal Bayramov olub. Rəqib futbolçu Derlis Meza Kollinin üstünə yeriyən qolkiperi komanda yoldaşları birtəhər sakitləşdirə biliblər.





oxunma sayı: 528 | Paylaş:




?>