')

Bu gün:


FutbolPress.Az | Qurban Qurbanovun millidəki köməkçiləri məlum oldu

Qurban Qurbanovun millidəki köməkçiləri məlum oldu


oxunma sayı: 1351 Paylaş:

FutbolPressAzərbaycanm millisinin yeni baş məşqçisi Qurban Qurbanovun yığmadakı köməkçilərinin kimlər olacağı məlum olub. Bu barədə təcrübəli mütəxəssisin özü məlumat verib.

Qurbanov "Futbolinfo"ya müsahibəsində Elçin Rəhmanov, Çudomir Çakarov və Dmitri Kramarenkonun məşqçilər heyətində yer alacağını bildirib. O deyib ki, daha bir köməkçi götürüləcək. Ancaq hələlik kim olacağı dəqiq məlum deyil.

Əlavə edək ki, Rəhmanov və Çakarov "Qarabağ"da da Qurban bəylə birgə çalışırlar. Kramarenko isə son olaraq Rusiyanın ÇSKA klubunun akademiyasında fəaliyyət göstərib və millidə qapıçıların hazırlığına cavabdeh olacaq.


oxunma sayı: 1351 | Paylaş:




?>