')

Bu gün:


FutbolPress.Az | "Qarabağ"ın qurbanlarının kəsişməsi

"Qarabağ"ın qurbanlarının kəsişməsi


oxunma sayı: 576 Paylaş:

FutbolPressXəbər verdiyimiz kimi, Avropa Liqasının 1/16 final mərhələsində İspaniyanın "Atletiko" və Danimarkanın "Kopenhagen" klubları qarşılaşacaqlar. 

Hər iki komandanın AL-ə qədər Çempionlar Liqasında "Qarabağ"la üz-üzə gəlmiş olması İspaniya mətbuatının diqqətindən yayınmayıb. "Mundo Deportivo"da bununla bağlı maraqlı yazı dərc olunub.

"Kopenhagen" - "Atletiko": "Qarabağ"ın qurbanlarının kəsişməsi" adlı məqalədə hər iki klubun məhz Ağdam klubuna görə indi ÇL-də yox, qitənin ikinci dərəcəli yarışında üz-üzə gəldiyi vurğulanıb.

İspaniyalı həmkarlarımız "Qarabağ"ın ilk olaraq pley-offda "Kopenhagen"ə səfərdə vurulan qolla (1:0; 1:2) keçərək, tarixində ilk dəfə qrupa düşdüyünü qeyd ediblər. Daha sonra bildirilib ki, danimarkalılar kimi "Atletiko"nun da ÇL planlarının üstündən Azərbaycan təmsilçisi xətt çəkib. Komandanın qrupda "Qarabağ"la üzləşəcəyi məlum olduqda hər kəs bu matçlara 3 xallıq yanaşsa da, Ağdam klubu hər iki oyunda heç-heçə (0:0; 1:1) edərək, Simeonenin komandasını Çempionlar Liqasının 1/8 finalından kənar qoyub.

"Mundo Deportivo" məhz bu səbəbdən ÇL-də daimi iştirakçı sayılan "Kopenhagen" və hər dəfə qrupdan çıxmağa alışmış "Atletiko"nun üzləşdiyi arzuolunmaz vəziyyətdə "Qarabağ"ı "günahlandırıb" və onları Ağdam klubunun qurbanları adlandırıb.


oxunma sayı: 576 | Paylaş:




?>