')

Bu gün:


FutbolPress.Az | Di Françesko Əfran haqda: "Kolarova tapşırdım ki..."

Di Françesko Əfran haqda: "Kolarova tapşırdım ki..."


oxunma sayı: 985 Paylaş:

FutbolPress"Roma"nın baş məşqçisi Eusebio Di Françesko klubun radiosunun qonağı olub. O, bir sıra maraqlı məqamlar barədə danışıb.

Di Françesko "Qarabağ"la Çempionlar Liqası oyunundan əvvəl Qurban Qurbanovun heyətdə etdiyi dəyişikliyə necə reaksiya verdiyini açıqlayıb. O bildirib ki, Əfran İsmayılovun ilk "11-lik"də yer alması onlar üçün sürpriz olud və Aleksandr Kolarova Əfranın oyununu izləməyi tapşırıb:

"Rəqibin bacarıqları önəmlidi - futbolçularım kimə qarşı oynadıqlarını bilməlidilər. Məsələn, son matçda "Qarabağ"ın heyətində dəyişiklik oldu. Oyununa bələd olmadığımız Əfran İsmayılov start heyətində yer aldı. Video analistimiz Simone Beççaçioli onun oyununu Kolarova göstərə biləcəyini söylədi. Mən Aleksandra tapşırdım ki, Əfranın çıxışına baxsın.O, bir neçə dəqiqə ərzində İsmayılovun oyununu izlədi. Rəqibə görə oyun üslubumuzu dəyişdirmirik, ancaq komanda kimə qarşı olduğunu bilməlidi. Heyətdən bir qədər gec xəbərimiz olur. Kimin, nə bacardığını bilmək vacibdi".


oxunma sayı: 985 | Paylaş:




?>