')

Bu gün:


FutbolPress.Az | Azarkeşləri "Qarabağ"ı ziyana saldı

Azarkeşləri "Qarabağ"ı ziyana saldı


oxunma sayı: 119 Paylaş:

FutbolPressAFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasında və əvəzedicilərin çempionatında XIV turunda baş tutmuş oyunlarla bağlı aşağıdakı qərarlar çıxarılıb:

Topaz Premyer Liqasının “Qarabağ” - “Neftçi” matçının 26-cı dəqiqəsində “Qarabağ”ın azarkeşləri tərəfindən  pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 800 manat cərimə olunub.

Əvəzedicilərin çempionatının “Səbail” – “Zirə” matçında “Zirə”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

“Qəbələ” - “Keşlə” matçının 44-cü dəqiqəsində “Keşlə”nin məşqçisi Üzeyir İbrahimov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırırldığı üçün 1 oyun cəzalanıb, klubu 400 manat cərimə olunub.


oxunma sayı: 119 | Paylaş:




?>