Bu gün:


FutbolPress.Az | “Pedro Enrike dəli kimi PAOK-a qayıtmaq istəyir”

“Pedro Enrike dəli kimi PAOK-a qayıtmaq istəyir”


oxunma sayı: 960 Paylaş:

FutbolPressYunanıstan mətbuatı “Qarabağ”da icarə əsasında çıxış edən Pedro Enrike ilə bağlı növbəti iddia ortaya atıb. Bildirilir ki, braziliyalı oyunçu Ağdam klubunda gələn yaya qədər oynamayacaq. Onun qış fasiləsində müqavilə ilə məxsus olduğu PAOK-a qayıdacağı iddia edilib.

“Pedro Enrike dəli kimi PAOK-a qayıtmaq istəyir” başlıqlı yazıda Saloniki klubunun futbolçunun ağlından çıxmadığı və geri dönməyə can atdığı qeyd olunun. Buna əsas səbəb kimi “Qarabağ”ın Çempionlar Liqasında yer aldığı “C” qrupunda sonuncu yeri tutacağının rəsmiləşməsi və qış fasiləsindən sonra komandanın avrokuboklarda çıxış etməyəcəyi göstərilib.

Pedro özü isə son açıqlamasında “Qarabağ” istəyərsə, qala biləcəyini söyləyib: “Bu məsələni klublar öz aralarında həll etməlidi. Mən yalnız oynamaq barədə düşünürəm. Əgər “Qarabağ” məni istəyirsə, qalıb oynayaram”.

Xatırladaq ki, Pedro Enrike cəza səbəbindən ÇL-də son qrup oyununda "Roma"ya qarşı meydana çıxa bilməyəcək.


oxunma sayı: 960 | Paylaş: