Bu gün:


FutbolPress.Az | "Atam, deyəsən, mənim yerimə futbol oynayır" - Mahir Mədətov

"Atam, deyəsən, mənim yerimə futbol oynayır" - Mahir Mədətov


oxunma sayı: 594 Paylaş:

FutbolPress"Qarabağ" futbolçusu Mahir Mədətov Topaz Premyer Liqasının XIV turunda "Neftçi"yə 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonra jurnalistlərə müsahibə verib. Gənc oyunçu öncə qarşılaşmanı şərh edib:

- Bu aralar oyunlar üst-üstə düşür. İstirahətə vaxt qalmır. Çalışırdıq ki, qısa vaxtda maksimum şəkildə hazırlaşaq. Bundan sonra “Roma” ilə səfər oyunumuz var. Ardınca “Səbail”ə qarşı oynayacağıq. Bu oyunda qələbəni çox istəyrdik və qazandıq. İlk hissədə daha yaxşı oynadıq.

- Atan açıqlmasında deyib ki, oğluma Avropa klublarından təklif var. Bu barədə nə deyə bilərsən?
- Atam, deyəsən, orada mənim yerimə futbol oynayır (gülür). Mən "Qarabağ"ın futbolçusuyam. Mövsümün sonuna kimi müqaviləm var. Məni istəyən komanda klubuma müraciət etməlidi. Qurban Qurbanovun üzərimdəki əziyyəti çoxdu. İlk məsləhət alacağım insan baş məşqçimdi.

- İnkişafda olan gənc futbolçusan. Özünü xaricdə sınamaq istəyirsən?
- Əlbəttə, istəyirəm. Amma səhv zamanda getmək istəmirəm. Burada pul rol oynamır. Futbolda özümü inkişaf etdirmək istəyirəm. Bunun üçün çox düşünmək və məsləhət almaq lazımdı. Bir gün alınacağına və legioner həyatı yaşayacağıma inanıram.

- Azərbaycanlı futbolçularda legioner həyatı yaşamaq alınmır. Buna görə ehtiyatlanmırsan?
- Bu işdə gərək hər şeyi düşünəsən. Toplanışlarda 10-15 günlük ailədən kənarda qalanda ev üçün darıxırıq. Amma bu, bizim işimizdi və buna məcburuq. Böyük yerlərə gəlmək üçün bəzi şeyləri düşünmək lazımdı.

- “Roma” ilə oyundan nə gözləyirsən?
- İstəyirik ki, son matçda yaxşı oyun nümayiş etdirək.

- “Roma”ya da mütləq qələbə lazımdı...
- Güclü olan qalib gəlsin. Oyun rəqibin meydanında olacaq. Üstünlük “Roma”dadı. Amma kim deyə bilərdi ki, hər iki matçda “Atletiko”dan xal alacağıq? Futboldu, hər şey ola bilər.


oxunma sayı: 594 | Paylaş: